Close

17:30
03 Fevral 2025

Mariya Stadnikə vəzifə verildi

Karyerasını başa vuran Mariya Stadnik qadın güləşi üzrə koordinator vəzifəsinə təyin edilib.

TNS xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.

O bundan sonra Azərbaycan Güləş Federasiyasında funksioner kimi fəaliyyət göstərəcək və zəngin təcrübəsini qadın güləşinin inkişafı yolunda istifadə edəcək.