Close

23:58
02 Fevral 2025
22:21
02 Fevral 2025

“Arsenal” “Mançester Siti”ni darmadağın etdi

Futbol üzrə İngiltərə Premyer Liqasında XXIV turun mərkəzi oyunu keçirilib.

TNS xəbər verir ki, "Arsenal" doğma meydanda "Mançester Siti"ni qəbul edib. Görüş London klubunun 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Topçular"ın heyətində qolları Martin Odeqar, Tomas Parti, Mayls Luis-Skelli, Kay Haverts və Eten Nvaneri vurublar. "Şəhərlilər"in yeganə qoluna isə Erlinq Holann imza atıb.

Bu nəticədən sonra xallarını 50-yə çatdıran "Arsenal" 2-ci pillədə qərarlaşıb. "Mançester Siti" isə 41 xalla dördüncüdür.

Turun əvvəlki oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

"Nottingem Forest" - "Brayton" - 7:0

"Nyukasl" - "Fulhem" - 1:2

"Vulverhempton" - "Aston Villa" - 2:0

"Bornmut" - "Liverpul" - 0:2

"Brentford" - "Tottenhem" - 0:2

"Mançester Yunayted" - "Kristal Pelas" - 0:2

"Everton" - "Lester" - 4:0

"İpsviç" - "Sauthempton" - 1:2

Qeyd edək ki, tura fevralın 3-də keçiriləcək "Çelsi" - "Vest Hem" oyunu ilə yekun vurulacaq.