“Fənərbağça” öz meydanında qalib gəldi
3
22:50 - 02 Fevral 2025
Türkiyə Super Liqasında XXII turun oyunları davam edir.
TNS xəbər verir ki, Burak Yılmazın baş məşqçisi olduğu “Kasımpaşa” səfərdə “Adana Dəmirsporla qarşılaşıb.
Qonaqlar autsayderi məğlub etməyi bacarıb – 5:3.
Turun digər matçında isə, “Fənərbağça” doğma meydanda “Rizəspor”la üz-üzə gəlib.
“Sarı-lacivərdlilər” 0:2 hesabı ilə geri düşsələr də, matçı çevirə biliblər.
Görüş meydan sahiblərinin əzmkar qələbəsi ilə nəticələnib – 3:2.