Close

17:50
02 Fevral 2025

La Liqa: "Barselona" "Alaves"i minimal hesabla məğlub etdi - VİDEO

İspaniya La Liqasının 22-ci turunun "Barselona" - "Alaves" matçı başa çatıb.

TNS xəbər verir ki, komandalar Barselonadakı "Olympic Lluís Companies" stadionunda çıxış ediblər. Matçı Xose Munuera Monteronun rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.

Qarşılaşmada yeganə qolu 61-ci dəqiqədə "Barselona"nın hücumçusu Robert Levandovski vurub - 1:0.

22 oyundan sonra "Barselona" 45 xalla La Liqa turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. "Alaves" də eyni sayda oyundan sonra 21 xalla 18-ci yerdədir.

Turnir cədvəlinə 49 xalla "Real Madrid" başçılıq edir.