Close

23:55
01 Fevral 2025
19:49
01 Fevral 2025

Cüdoçumuz Fransada "Böyük dəbilqə"nin qalibi olub

Azərbaycan cüdoçusu Ruslan Paşayev (66 kq) fransalı rəqibinə qalib gələrək "Böyük Dəbilqə" turnirinin qalibi olub.

TNS xəbər verir ki, təmsilçimiz həlledici mərhələdə Daikii Boubanı məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Fransanın paytaxtı Parisdə keçirilən turnir fevralın 2-də başa çatacaq.