Close

23:55
01 Fevral 2025
19:49
01 Fevral 2025

“Turan Tovuz” "Səbail"lə bərabərə qaldı - YENİLƏNİB

Matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Beləliklə, "Turan Tovuz" 36 xalla 4-cü yerdə, "Səbail" isə 16 xalla sonuncu - 10-cu yerdə qərarlaşıb. 

16:38

Premyer Liqada XXI turun daha iki oyunu keçirilir.

TNS xəbər verir ki, ilk oyun "Turan Tovuz"la autsayder "Səbail" arasında keçirilir.

Tovuz şəhər stadionundakı qarşılaşma 16:00-dan başlayıb.

Ardınca isə "Araz-Naxçıvan" səfərdə "Sumqayıt"ın qonağı olacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq matçın start fiti saat 18:30-da start götürəcək.