Close

23:55
01 Fevral 2025
19:49
01 Fevral 2025

Azərbaycan UEFA reytinqində neçəncidir?

Çempionlar Liqasının və Avropa Liqasının Liqa mərhələlərində 8-ci turun matçlarından sonra ölkələrin UEFA reytinqi yenilənib.

TNS xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" Avroliqada ötən gecə "Olimpiakos"a uduzub -0:3.

Ölkəmizin UEFA reytinqindəki mövqeyi dəyişməyib. Azərbaycan 19,625 xalla 28-ci pillədə qərarlaşır. Cari mövsüm ölkəmizin aktivinə 2,875 xal yazılıb.

“Zirə” və “Qarabağ” hərəyə 1,250, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal qazanıb.

Qeyd edək ki, reytinqə 106,624 xalla İngiltərə liderlik edir.