Close

22:20
30 Yanvar 2025

"Qalatasaray", "Fənərbaxça" və "Beşiktaş" üçün həlledici gün

Bu gecə UEFA Avropa Liqasında Liqa mərhələsinə yekun vurulacaq.

TNS xəbər verir ki, 18 matçın hamısı eyni vaxtda keçiriləcək. 

Azərbaycan təmsilçisi "Qarabağ" Yunanıstanda "Olimpiakos"un qonağı olacaq. Artıq Ağdam klubunun turnirdə mübarizəni başa vuracağı dəqiqləşib. 

Türkiyə klublarından "Qalatasaray" "Ayaks"la, "Fənərbaxça" "Midtyulland"la, "Beşiktaş" isə "Tvente" ilə üz-üzə gələcək. 

"Qalatasaray" pley-offa vəsiqəni təmin etsə də, 1/8 finala adlamaq üçün mübarizə aparacaq. "Beşiktaş" və "Fənərbaxça"nın isə yarışla vidalaşıb-vidalaşmayacağı bugünkü oyunlarla müəyyənləşəcək.

"Mançester Yunayted" ötən tur "Qarabağ"ı məğlub edən FCSB ilə qarşılaşacaq. "Tottenhem" "Elfsborq"u qəbul edəcək.

Görüşlərin hamısı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Qeyd edək ki, daha əvvəl "Latsio"nun birbaşa 1/8 finalda mübarizə aparacağı dəqiqləşib. Həmçinin  "Atletik", "Anderlext", "Lion", "Ayntraxt", "Qalatasaray", "Mançester Yunayted", FCSB, "AZ Alkmaar", "Bodo-Qlimt", "Viktoriya", "Olimpiakos", "Reyncers", "Tottenhem" və "Yunion"un ən az pley-offa vəsiqə əldə etdiyi məlum olub.

Son - 8-ci turda pley-off üçün qalan 9 yer uğrunda 14 klub mübarizə aparacaq. Bunlar "Ayaks", PAOK , "Real Sosyedad", "Midtülland", "Elfsborq", "Roma", "Ferentsvaroş", "Fənərbaxça", "Beşiktaş", "Portu", "Tvente", "Braqa", "Hoffenhaym" və "Makkabi"dir (Tel-Əviv).

RFŞ, "Slaviya", "Malmö", "Ludoqorets", "Qarabağ", "Nitsa" və "Dinamo"nun (Kiyev) isə Avroliqa ilə vidalaşacağı bilinib.

Xatırladaq ki, yanvarın 31-də Avroliqada pley-off mərhələsinin püşkü atılacaq. 

Əlavə edək ki, Avropa Liqasında pley-offun püşkü sabah atılacaq. Bu mərhələnin ilk matçları fevralın 13-də, cavab görüşləri fevralın 20-də keçiriləcək.

1/8 finalın püşkatma mərasimi isə fevralın 21-də olacaq. Bu mərhələnin ilk oyunları 6 martda, cavab qarşılaşmaları 13 martda keçiriləcək.

Avropa Liqası, Liqa mərhələsi, 8-ci tur

30 yanvar

00:00. "Roma" (İtaliya) ­– "Ayntraxt" (Almaniya)

00:00. "Ayaks" (Niderland) – "Qalatasaray" (Türkiyə)

00:00. "Anderlext" (Belçika) – "Hoffenhaym" (Almaniya)

00:00. "Atletik" (İspaniya) – "Viktoriya" (Çexiya)

00:00. "Dinamo" (Kiyev, Ukrayna) – RFS (Latviya)

00:00. "Midtyulland" (Danimarka) – "Fənərbaxça" (Türkiyə)

00:00. "Tvente" (Niderland) – "Beşiktaş" (Türkiyə)

00:00. FCSB (Rumıniya) – "Mançester Yunayted" (İngiltərə)

00:00. "Ferençvaroş" (Macarıstan) – "AZ Alkmaar" (Niderland)

00:00. "Lion" (Fransa) – "Ludoqorets" (Bolqarıstan)

00:00. "Makkabi" (Tel-Əviv, İsrail) – "Porto" (Portuqaliya)

00:00. "Nitsa" (Fransa) – "Bodo-Qlimt" (Norveç)

00:00. "Olimpiakos" (Yunanıstan) – "Qarabağ" (Azərbaycan)

00:00. "Reyncers" (Şotlandiya) – "Yunion" (Belçika)

00:00. "Real Sosyedad" (İspaniya) – PAOK (Yunanıstan)

00:00. "Braqa" (Portuqaliya) – "Latsio" (İtaliya)

00:00. "Slaviya" (Çexiya) – "Malmö" (İsveç)

00:00. "Tottenhem" (İngiltərə) ­– "Elfsborq" (İsveç)