Close

Həftənin futbolçusu bəlli oldu

“Atletiko”nun (Madrid) argentinalı hücumçusu Xulian Alvares azarkeşlərin səsverməsinə əsasən Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib.

TNS xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, o, Liqa mərhələsinin 7-ci turunda “Bayer”lə (Almaniya) görüşdə (2:1) dubl edərək komandasının qələbəsində əsas pay sahibi olub.

Səsvermədə ikinci yeri Lyuk de Yonq (PSV), üçüncü yeri Vinisius Junior (“Real”, Madrid), dördüncü yeri isə Rafinya (“Barselona”) tutub.