Close

Bu gün AvroLiqada keçiriləcək oyunlar - SIYAHI

Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin 7-ci turuna yekun vurulacaq.

TNS xəbər verir ki, 3-cü oyun günündə 16 matç keçiriləcək.

Xəbər verdiyimiz kimi, "Qarabağ" klubu Bakıda Rumıniya FCSB komandasını qəbul edəcək.

Türkiyə "Fənərbaxça"sı isə İstanbulda Fransa "Lion"u ilə qarşılaşacaq.

"Mançester Yunayted" "Reyncers"lə, "Roma" isə "AZ Alkmaar" ilə üz-üzə gələcək. 

6-cı turun matçlarından sonra artıq 7 komanda ən azı pley-off mərhələsini təmin etmişdi. Bunlar "Latsio", "Atletik", "Anderlext", "Lion", "Ayntraxt", "Qalatasaray" və "Mançester Yunayted"dir. Sıfır xalı olan Kiyevin "Dinamo" komandası isə son 2 turun nəticəsindən asılı olmayaraq "pley-off"a yüksəlmək şansını itirib.


Avropa Liqası, Liqa mərhələsi, 7-ci tur

23 yanvar
 

21:45. "Qarabağ" (Azərbaycan) - FCSB (Rumıniya)

21:45. "Hoffenhaym" (Almaniya) – "Tottenhem" (İngiltərə)

21:45. "Fənərbaxça" (Türkiyə) – "Lion" (Fransa)

21:45. "AZ Almaar" (Niderland) – "Roma" (İtaliya)

21:45. "Portu" (Portuqaliya) – "Olimpiakos" (Yunanıstan)

21:45. "Malmö" (İsveç) – "Tvente" (Niderland)

21:45. "Viktoriya" (Çexiya) – "Anderlext" (Belçika)

21:45. "Bodo-Qlimt" (Norveç) – "Makkabi" (Tel-Əviv, İsrail)

00:00. "Mançester Yunayted" (İngiltərə) – "Reyncers" (Şotlandiya)

00:00. "Latsio" (İtaliya) – "Real Sosyedad" (İspaniya)

00:00. PAOK (Yunanıstan) – "Slaviya" (Çexiya)

00:00. RFŞ (Latviya) – "Ayaks" (Niderland)

00:00. "Ayntraxt" (Almaniya) – "Ferentsvaroş" (Macarıstan)

00:00. "Elfsborq" (İsveç) – "Nitsa" (Fransa)

00:00. "Yunion" (Belçika) – "Braqa" (Portuqaliya)

00:00. "Ludoqorets" (Bolqarıstan) – "Midtyulland" (Danimarka)