Close

UEFA Çempionlar Liqasında GEDƏNLƏR VƏ QALANLAR

Çempionlar Liqasının Liqa mərhələsinin VII turunun ikinci günü bəzi iştirakçıların taleyinə aydınlıq gətirib.

TNS xəbər verir ki, daha 3 komanda avrokuboklarla vidalaşıb.

"Jirona", "Sparta" və "Zalsburq"un mərhələ adlamaq şansları qalmayıb. Bununla da turnirlə vidalaşacağı dəqiqləşənlərin sayı 9-a çatıb.

7 klub isə mübarizəni davam etdirəcəyini rəsmiləşdirib. Amma onların 1/8 final, yoxsa pley-offa gedəcəyi dəqiqləşməyib. Ümumilikdə belə komandaların sayı 16-ya çatıb. İki klubun 1/8 finala adlaması isə bir gün öncədən bəlli olub.

1/8 finala yüksələnlər:

"Liverpul", "Barselona".

1/8 final və ya pley-offa yüksələnlər:

"Arsenal", "Aston Villa", "Atalanta", "Atletiko", "Bavariya", "Brest", "Seltik", "Borussiya Dortmund", "Feyenord", "Yuventus", "Milan", "Real Madrid", "Bayer", "İnter", "Lill", "Monako".

Avrokuboklarla vidalaşanlar:

"Bolonya", "Srvena Zvezda", "Leypziq", "Slovan Bratislava", "Şturm Qraz", "Yanq Boyz", "Jirona", "Zalsburq", "Sparta Praqa"

Qeyd edək ki, Liqa mərhələsinin son turunun matçları yanvarın 29-da keçiriləcək.