"Qarabağ" bu gün Rumıniya komandası ilə qarşılaşacaq
17
09:07 - 23 Yanvar 2025
"Qarabağ" bu gün UEFA Avropa Liqasında Rumıniyanın FCSB komandasını qəbul edəcək.
TNS-in məlumatına görə, Liqa mərhələsinin VII turuna təsadüf edəcək oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Qarşılaşma saat 21:45-də start götürəcək. Görüşün baş hakimi slovakiyalı Filip Qlova olacaq.
UEFA Avropa Liqası
Liqa mərhələsi, VII tur
23 yanvar
21:45. "Qarabağ" - FCSB (Rumıniya)
Baş hakim: Filip Qlova (Slovakiya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Qeyd edək ki, turnir cədvəlində Azərbaycan çempionu 3 xalla 33-cü, FCSB 11 xalla 10-cu sıradadır.
Əlaqəli xəbərlər
23:25
23 Yanvar 2025