"Bavariya" 19 yaşlı futbolçu ilə müqavilə bağladı
5
16:12 - 21 Yanvar 2025
Almaniyanın "Bavariya" klubu "Hoffenhaym"ın 19 yaşlı futbolçusu Tom Bişovla müqavilə bağlayıb.
TNS münhenlilərin mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçi yeni komandası ilə 2029-cu ilə qədər sözləşmə imzalasa da, cari mövsümün sonuna qədər "Hoffenhaym"da forma geyinməyə davam edəcək.
Qeyd edək ki, Tom Bişov Almaniyanın istedadlı futbolçularından hesab olunur. O, ölkənin aşağı yaş qruplarından ibarət millilərində çıxış edib.