Close

23:40
20 Yanvar 2025
22:10
20 Yanvar 2025

Futbolçuların sosial şəbəkə reklamları ilə əldə etdikləri gəlir bəlli oldu

Məşhur futbolçuların instaqram sosial şəbəkəsində reklamlar sayəsində əldə edikləri gəlir bəlli olub.

TNS-in məlumatına görə, bu barədə "Game Set & Match" şirkəti araşdırma aparıb.

Birinci pillədə Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən portuqaliyalı Kriştianu Ronaldu qərarlaşıb. O, bir paylaşımdan 1,4 milyon dollar qazanır.

ABŞ-nin "İnter Mayami" komandasında çıxış edən argentinalı Lionel Messi (1,1 milyon dollar) ikinci, Səudiyyə Ərəbistanı "Əl-Hilal"ına məxsus olan Neymar (615 min dollar) üçüncüdür.

İspaniya təmsilçisi "Real"ın fransalı futbolçusu Kilian Mbappe (383 min dollar) dördüncü yerdədir.