Azərbaycanda Xizək Alpinizmi üzrə Dünya Kuboku keçirilir - FOTO
“Şahdağ” Turizm Kompleksində Xizək Alpinizmi üzrə Dünya Kuboku keçirilir.
TNS xəbər verir ki, tədbir Gənclər və İdman Nazirliyinin dəstəyi, Beynəlxalq Xizək Alpinizmi Federasiyasının, Azərbaycan Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı ilə keçirilir.
Tədbirdə “Şahdağ” Turizm Mərkəzinin sədri Rüstəm Nəcəfov, Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, Beynəlxalq Xizək Alpinizmi Federasiyasının baş katibi Jordi Canals, Azərbaycan Qış İdman Növləri Federasiyasının vitse-prezidenti Florian Zengstşmid və gənclər və idman naziri Fərid Qaibov iştirak edirlər.
İlk yarış günündə idmançılar sprint növü üzrə mübarizə aparırlar.
Azərbaycanı turnirdə Nəzrin Qəribova və Seyid Sədrəddinov təmsil edirlər.
Dünya Kubokunda Fərdi Neytral İdmançılar (AİN) olmaqla, 26 ölkədən 130-a yaxın idmançı qüvvəsini sınayır. Atletlər yanvarın 11-də vertikal və 13-də isə individual növlər üzrə güclərini yoxlayacaqlar.
eyd edək ki, Dünya Kuboku 2026-cı ildə keçiriləcək Qış Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün kvalifikasiya yarışlarından biri hesab edilir. Gənclər və İdman Nazirliyinin dəstəyi, Beynəlxalq Xizək Alpinizmi Federasiyasının, Azərbaycan Qış İdman Növləri Federasiyasının və Şahdağ Turizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən yarışa yanvarın 13-də yekun vurulacaq.