Messi mükafat üçün Ağ Evə getmədi
“İnter Mayami” klubunun futbolçusu Lionell Messi ABŞ-da ən yüksək mükafat olan “Prezident Azadlıq medalı”nın mükafatlandırma mərasimi üçün Ağ Evə getməyib.
TNS xəbər verir ki, bu barədə “Marka” nəşri yazıb.
Bildirilib ki, Messi mərasimdə iştirak etməməsini əvvəlcədən razılaşdırılmış şərtlərlə izah edib.
Futbolçu mükafatı daha sonra alacağına söz verib.
Qeyd edək ki, daha öncə Ağ Ev ABŞ Prezidenti Co Baydenin “Prezident Azadlıq medalı”nı təqdim edəcəyi şəxslərin siyahısına 2016-cı ildə Demokratlar Partiyasından prezident seçkilərində iştirak etmiş ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton, Soros, modelyer Ralfın daxil olduğunu elan edib. Bundan əlavə, futbolçu Lionel Messi, musiqiçi Bono, aktyor Denzel Vaşinqton da siyahıda yer alıb.