Close

13:10
05 Yanvar 2025

Neymar bu dəfə də qarnı ağrıdığı üçün məşqi buraxdı

“Əl-Hilal”ın braziliyalı futbolçusu Neymar səhhətindəki problemlərə görə məşqini buraxıb.

TNS xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, futbolçu qarın nahiyəsindəki ağrılara görə hazırlığa qatılmayıb. 

Qeyd edək ki, o bu mövsüm zədələr səbəbindən cəmi 2 oyunda meydana çıxıb.