Close

11:02
26 Dekabr 2024
10:12
26 Dekabr 2024

İdman oyunları da təxirə salındı

Azərbaycan Basketbol Liqasında (ABL) IX turun sabah keçirilməli olan “Şəki” – “Gəncə” və “Sumqayıt” – “Quba” oyunları matəm günü ilə bağlı təxirə salınıb.

TNS xəbər verir ki, bu barədə ABL-in məbuat xidməti məlumat yayıb.

2025-ci ildə keçirilməsi planlaşdırılan qarşılaşmaların dəqiq tarixləri sonra açıqlanacaq.

Bundan başqa, Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Klubunda taekvondo üzrə yeniyetmə və gənclər arasında ölkə birinciliyi, böyüklər arasında isə Azərbaycan çempionatının dekabrın 26-na təsadüf edən görüşləri matəm günü ilə bağlı təxirə salınıb.

Bu barədə Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Sabaha nəzərdə tutulan görüşlər dekabrın 27-də keçiriləcək.

Sabah futzal üzrə Azərbaycan Yüksək Liqasının VIII turunun və Azərbaycan kubokunun ilkin mərhələsinin oyunlarından əvvəl isə 1 dəqiqəlik sükut elan olunacaq.

Bu barədə Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.