Yəhudi azarkeşlərə hücum edənlərə hökm oxundu
Niderland məhkəməsi noyabr ayında Amsterdamda Avropa Liqasının “Ayaks” – “Makkabi” matçının keçirildiyi yerdə baş vermiş iğtişaşlara görə hökm çıxarıb.
TNS xəbər verir ki, “Euronews”un məlumatına görə, Amsterdam məhkəməsi bir nəfəri altı ay, digərini iki ay yarım, iki nəfəri isə bir ay həbs cəzasına məhkum edib. Beşinci müttəhim 100 saat ictimai iş alıb.
Qeyd edək ki, həmin vaxt Amsterdamda israilli azarkeşlər döyülmüşdü. Beynəlxalq rezonansa səbəb olan və qəsdən antisemit hücumları ilə bağlı ittihamlara səbəb olan hadisələr 5 nəfərin xəstəxanaya yerləşdirilməsinə, daha 20 nəfərin isə yüngül xəsarət almasına səbəb olub. 60-dan çox adam saxlanılıb.