Close

19:55
25 Dekabr 2024

İsveçrəli idmançı qar uçqununda həlak oldu

İsveçrəli snoubordçu Sofi Hediqer qar uçqununda həlak olub.

TNS-in xəbərinə görə, bu barədə İsveçrə Xizək Federasiyası məlumat yayıb.

Faciəvi hadisə ötən gün İsveçrənin Aroza şəhərində baş verib.

Qeyd edək ki, 26 yaşlı idmançı 2008-ci il Pekin Olimpiadasında iştirak edib və 2023-cü il Qış Universiadasında snoubord kross növündə qızıl medal qazanıb.