Close

Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırdı

Türkiyə I Liqasında turnir cədvəlinin ikinci pilləsində qərarlaşan "Kocaelispor" klubu baş məşqçisi Ertuğrul Sağlamla yollarını ayırıb.

TNS xəbər verir ki, 55 yaşlı mütəxəssis öz istəyi ilə komandanı tərk edib.

O, bu ilin mayından Körfəz təmsilçisinin baş məşqçisi təyin olunmuşdu.

Qeyd edək ki, "Kocaelispor" I Liqada 32 xalla ikinci sırada qərarlaşıb.