İngiltərə klubu baş məşqçisini istefaya göndərdi
9
19:45 - 15 Dekabr 2024
İngiltərənin "Vulverhempton" klubu baş məşqçisi Qari Onili istefaya göndərib.
TNS xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Baş məşqçi ilə birlikdə onun köməkçiləri ilə də yollar ayrılıb.
Qeyd edək ki, Q.Onil 2023-cü ildən komandanı çalışdırırdı. "Vulverhempton" hazırda Premyer Liqanın turnir cədvəlində 16 turdan sonra doqquz xalla 19-cu pillədədir.