Close

05:44
12 Dekabr 2024

"Barselona"nın baş məşqçisi 2 oyunluq cəzalandırıldı

İspaniya Kral Futbol Federasiyasının (RFEF) İntizam Komitəsi "Barselona"nın baş məşqçisi Hans-Diter Fliki 2 oyunluq cəzalandırıb.

TNS xəbər verir ki, buna mütəxəssisin La Liqanın XVI turunda "Betis"lə oyunda (2:2) hakimin qərarına etiraz etməsi səbəb olub.

İspaniyalı çalışdırıcı qarşıdakı iki turda komandasının görüşlərini tribunadan izləyəcək. Kataloniyalılar qərardan apellyasiya şikayəti verəcək.

Qeyd edək ki, "Barselona" qarşıdakı iki turda "Leqanes" və "Atletiko" (Madrid) ilə üz-üzə gələcək.