Close

"Bavariya" Musialanı klub tarixində ən bahalı futbolçu etməyə hazırdır

"Bavariya" hazırda 21 yaşlı hücumçu Camal Musiala ilə yeni uzunmüddətli müqavilə üzrə danışıqlar aparır.

TNS xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.

Mənbənin məlumatına görə, 2025-ci il yanvarın 1-dən Münhen klubu Musiala ilə 2030-cu il iyunun 30-dək qüvvədə olan müqavilə imzalamaq imkanı əldə edəcək. Alman futbolçunun yeni əmək müqaviləsinə əsasən maaşı ildə 20 milyon avronu keçə bilər.

Beləliklə, beş ildən sonra Musiala 100 milyon avrodan çox qazana biləcək ki, bu da onun "Bavariya" ilə müqaviləsini Münhen klubunun tarixində ən bahalı müqaviləyə çevirəcək.