Close

İngiltərə Premyer Liqasında noyabrın ən yaxşı baş məşqçisi adına namizədlər müəyyənləşdi

İngiltərə Premyer Liqasında noyabrın ən yaxşı baş məşqçisi adına namizədlər müəyyənləşib.

TNS yarışın mətbuat xidmətinə istinadən xəbər verir ki, sözügedən mükafata 3 mütəxəssis iddia edir.

Bunlar "Brayton"dan Fabian Hurtzeler (2 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət), "Vulverhempton"dan Qari O'Nil (2 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət) və "Liverpul"dan Arne Slotdur (3 qələbə).

Azarkeşlərin səsverməsinə əsasən son olaraq "Nottinqem Forest"in baş məşqçisi Nuno Espirito Santo oktyabrda qalib olub.