Mənsimov bu məşhur klubun prezidenti ola bilər
“Beşiktaş” Futbol Klubunun ən böyük azarkeş qrupları “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun adını klubun prezidentliyinə namizəd olaraq irəli sürüb.
TNS xəbər verir ki, bu barədə “Palmali” Şirkətlər Qrupunun sözçüsü Fidan Quliyeva məlumat verib.
Onun sözlərinə görə, "X" sosial şəbəkəsində azarkeşlərin dəstək verdiyi namizədlər arasında azərbaycanlı iş adamı, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun da adı çəkilir.
“Türkiyənin ən köklü və ən böyük futbol klublarından biri olan “Beşiktaş” klubunun qarşıdan gələn klub prezidenti seçkiləri həm azarkeşlər, həm də futbol dünyasında böyük maraq doğurur. “Beşiktaş” geniş azarkeş kütləsinə sahibdir. Buna görə də klub başkanlığı yarışına dair müzakirələr və ehtimallar sosial mediada sürətlə yayılır.
"X"-də azarkeşlərin dəstək verdiyi namizədlər arasında azərbaycanlı iş adamı, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun da adı çəkilir.
O da qeyd edilir ki, klub fanatları həm Mübariz Mənsimova, həm də yerli iş adamlarına hazırda maddi sıxıntı yaşayan “Beşiktaş” klubuna dəstək verilməsi ilə bağlı çağırış ediblər.
İş dünyasındakı təcrübəsi və idman yatırımları ilə məşhur olan M. Mənsimov azarkeşlər arasında xüsusi diqqət çəkir”, - paylaşımda qeyd olunub.
Bildirək ki, azarkeşlərin klub prezidentliyi ilə bağlı təklifinə Mənsimov hər hansı fikir bildirməyib. Onun bu təklifi qəbul edib-etməyəcəyi hələlik açıqlanmayıb.