Futbolçu huşunu itirdi, oyun təxirə salındı
17
22:29 - 01 Dekabr 2024
İtaliya çempionatının 14-cü turunun “Fiorentina” – “İnter” matçı meydan sahiblərinin yarımmüdafiəçisi Edoardo Bovenin huşunu itirməsi səbəbindən təxirə salınıb.
TNS xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
Florensiyanın "Artemio Franko" stadionunda keçirilən matçın 17-ci dəqiqəsində futbolçu huşunu itirərək yerə yıxılıb.
Boveyə ilkin tibbi yardım göstərilib və təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Görüş isə dayandırılıb və təxirə salınıb.