İşdən ayrıldığını "Whatsapp" mesajı ilə öyrəndi
Türkiyənin “Beşiktaş” klubunun idman direktoru Səməd Aybaba klubla yollarının ayrılmasından sonra ilk dəfə açıqlama verib.
TNS Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, vəzifəsindən çıxarılmasını mesajla öyrəndiyini vurğulayıb.
“İşdən çıxarıldığımı telefonuma göndərilən "Whatsapp" mesajından öyrəndim. Son 4 ayda klub prezidenti Həsən Aratla dialoqumuz tamamilə pozulmuşdu. Onunla danışa bilmədiyimiz üçün klubda baş verən hər şeylə bağlı ona məktub yazdım. Şənbə günü mətbuat konfransı keçirəcəyəm. Bütün sualları cavablandıracağam və son bir ildə “Beşiktaş”da baş verənləri danışacağam”.
Qeyd edək ki, Samet Aybaba ilə yanaşı, bu gün klubun vitse-prezidenti Onur Göçmez və İdarə Heyətinin məsləhətçisi Bradley Friedel də istefa ərizələrini yazıblar.