Close

Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada daha iki medal qazanıblar

Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan “Bosnia Open” beynəlxalq turnirində 1 gümüş və 1 bürünc medal qazanıblar.

Federasiyadan TNS-ə verilən məlumata görə, böyüklər arasında çıxış edən Səlimə Quliyeva (46 kq) gümüş, Zemfira Həsənzadə isə bürünc medala sahib çıxıb.

Qeyd edək ki, daha əvvəl təmsilçilərimiz gənclər arasında 1 qızıl, 1 bürünc medal əldə etmişdilər.