"Kəpəz"in futbolçusu əməliyyat olunub
7
14:35 - 21 Noyabr 2024
"Kəpəz" klubunun futbolçusu İlkin Qırtımov əməliyyat olunub.
TNS xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Əməliyyat uğurla aparılıb. Qırtımovun bərpa müddəti 3 həftə çəkəcək.
Qeyd edək ki, müdafiəçiyə diz oynağının medial meniskin yırtığı diaqnozu qoyulmuşdu.