Azərbaycan taekvondoçusu Avropa üçüncüsü oldu
3
10:32 - 21 Noyabr 2024
Azərbaycan taekvondoçusu Səyyad Dadaşov Bosniya və Herseqovinanın Sarayevo şəhərində keçirilən Avropa çempionatında uğurla çıxış edib.
Azərbaycan Taekvondo Federasiyasından TNS-ə verilən məlumata görə, o, 21 yaşadək idmançılar arasında təşkil olunan yarışda üçüncü olub.
Bununla da 54 kiloqram çəkidə mübarizə aparan S.Dadaşov bürünc medala sahib çıxıb.