“Qalatasaray”ın futbolçusuna qarşı 200 minlik dələduzluq - FOTO
17
11:01 - 13 Noyabr 2024
“Qalatasaray”ın futbolçusu Mişi Batşuayi şikayət ərizəsi ilə Beşiktaşda məsləhət xidməti aldığı Hüseyn B. tərəfindən aldadıldığını iddia edib.
TNS xəbər verir ki, o, 6 aylıq ev və avtomobil kirayəsi üçün 200 min avro ödədiyini, lakin bu pulun Hüseyn.B tərəfindən mənimsənildiyini bildirib.
Belçikalı forvard iddia edib ki, məsləhət xidməti göstərən adam ona nə ev, nə də avtomobil verib.
Bütün bunlara baxmayaraq pulunu da geri qaytarmayıb.
Batşuayinin şikayətindən sonra Hüseyn.B saxlanılıb. O, dindirildikdən sonra şərti azadlığa buraxılıb.