Close

Halanddan yeni rekord

“Mançester Siti”nin futbolçusu Erlinq Haland İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.

TNS xəbər verir ki, hücumçu buna 11-ci turda “Brayton”la oyunda fərqlənməklə nail olub.

23-cü dəqiqədə adını tabloya yazdıran forvard Premyer Liqa tarixində 75 qola ən tez çatan oyunçudur. Norveçli futbolçu bunu 77 matçda bacarıb.

“Mançester Siti” səfərdə “Brayton”a uduzub – 1:2.