Close

17:43
05 Noyabr 2024

AFFA iki komandaya texniki məğlubiyyət verdi

AFFA aşağı yaş qrupları üzrə liqalarda iştirak edən iki komandaya texniki məğlubiyyət verib.

TNS-in qurumun mətbuat xidmətinə istinadən məlumatına görə, bu barədə qərar AFFA İntizam Komitəsinin iclasında qəbul olunub.

U-10 Liqasında keçirilməli olan “Antiguoko İnternational” – “Sahil” oyunu ikincilərin meydana çıxmaması səbəbindən ləğv olunub və komanda 0:3 hesablı texniki məğlubiyyət alıb.

U-13 Liqasında “Həkəri” (Qubadlı) –“Sumqayıt City” matçı isə ev sahibi komandanın heyətinin yetərsay olmamasına görə baş tutmayıb. “Həkəri” kollektivi 0:3 hesablı texniki məğlubiyyətlə üzləşib.