Close

Futbolçunu oyunda ildirim vurub öldürdü

Perulu müdafiəçi Xose Uqo De la Krus Mesa oyun zamanı ildırım vurması nəticəsində ölüb.

TNS xəbər verir ki, hadisə Perunun Uankayo şəhərində "Xuventud Bellavista" və "Familia Çokka" komandaları arasında keçirilən qarşılaşmanın 23-cü dəqiqəsində baş verib.

Oyun zamanı güclü yağış başlayıb və hər iki kollektiv meydanı tərk etməyə başlayıb. Bu zaman ildırım 35 yaşlı müdafiəçi də daxil olmaqla, bir neçə futbolçunu vurub. Digərləri xəstəxanaya çatdırılsa da, Xose Uqo De la Krus Mesa meydanda vəfat edib.

Həmin vaxt müdafiəçinin yanında olan qapıçı və digər futbolçular ciddi yanıq xəsarəti alıblar.