Close

22:20
23 Oktyabr 2024

Dieqo Simeone La Liqada ilki gerçəkləşdirdi

İspaniyanın "Atletiko" (Madrid) klubunun baş məşqçisi Dieqo Simeone La Liqada ilki gerçəkləşdirib.

TNS xəbər verir ki, 54 yaşlı mütəxəssis ölkə çempionatları tarixində 1000 xal toplayan yeganə baş məşqçi kimi tarixə düşüb.

O, bu uğura La Liqanın X turunda "Leqanes"lə keçirilən matçda komandasının 3:1 hesablı qələbəsindən sonra nail olub.

Argentinalı çalışdırıcının aktivində 1002 xal var.

Qeyd edək ki, Dieqo Simeone 2011-ci ildən "Atletiko"ya rəhbərlik edir.