Close

Londonda "Immortal Champions" döyüş turniri keçiriləcək

Londonda oktyabrın 27-də kikboksinq üzrə ənənəvi "Immortal Champions" (Ölməz çempionlar) döyüş turniri keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən TNS-ə verilən məlumata görə, Britaniya Azərbaycanlıları Assosiasiyasının və "Immortal Champions" idman təşkilatının rəhbəri Hafiz Baxşəliyevin təşkilatçılığı ilə baş tutacaq turnir 8 Noyabr – Zəfər Gününə həsr ediləcək.

Müxtəlif ölkələrdən peşəkar döyüşçülərin qatılacağı turnir idman yarışı olmaqla yanaşı, Vətən müharibəsində qazanılan tarixi qələbənin, Azərbaycan xalqının qəhrəmanlıq ruhunun və milli birliyinin dünyada təbliğ edilməsi məqsədi daşıyır.

Qeyd olunub ki, dünya və Avropa çempionu Hafiz Baxşəliyev Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Zəfər Qurultayında iştirak edib, “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif olunub.