Close

20:20
20 Oktyabr 2024

Azərbaycan Basketbol Liqasında I tura yekun vurulub

Basketbol üzrə Azərbaycan çempionatında birinci turun oyunlarına yekun vurulub.

TNS xəbər verir ki, turun son matçında “Sumqayıt” və “Ordu” komandaları üz-üzə gəlib. Görüş qonaqların 103:89 hesablı qələbəsi ilə nəticələnib.

Turun əvvəlki qarşılaşmalarında “Naxçıvan” “Neftçi”ni 84:79, “Abşeron” NTD-ni 75:69, “Gəncə” “Lənkəran”ı 90:75, “Sabah” “Sərhədçi”ni 80:53, “Şəki” isə “Quba”nı 90:83 hesabı ilə üstələyib.