Close

20:20
20 Oktyabr 2024

Messi MLS tarixinə düşdü

"İnter Mayami" MLS-in növbəti turunda "Nyu İnqlend Revoluşn"ı qəbul edib.

TNS xəbər verir ki, Fort-Loderdeyl şəhərindəki DVR stadionunda baş tutan görüş meydan sahiblərinin 6:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qaliblər sırasında Lionel Messi het-trik və assist, Luis Suares isə iki qol və iki assist ilə yadda qalıb.

Beləliklə, futbolçu Amerika klubunun heyətində 33 qol vurub. Buna nail olmaq üçün o, cəmi 35 oyun keçirməli idi. Bu göstəriciyə görə Messi 97 oyunda 31 qol vuran Leonardo Kampananı ötüb.

Bu, "İnter Mayami"nin MLS-in müntəzəm mövsümündə son oyunu olub və komanda vaxtından əvvəl müntəzəm mövsümün çempionu olaraq pley-offa yüksəlib.