Close

20:20
20 Oktyabr 2024

“Qalatasaray” “Antalyaspor”u darmadağın etdi

Türkiyə Superliqasının 9-cu turu çərçivəsində növbəti oyun keçirilib.

TNS xəbər verir ki, “Antalyaspor” “Qalatasaray” klubunu qəbul edib.

Antalya stadionunda baş tutan matçda hesab 10-cu dəqiqədə açılıb. Argentinalı hücumçu Mauro İkardi Mertensin dəqiq ötürməsini qola çevirib. İkinci hissədə də “sarı-qırmızılar” üstünlüklərini davam etdirib. Belə ki, 52-ci dəqiqədə Yunus Akgünün ötürməsindən sonra 31 yaşlı İkardi dubla imza atıb. Əlavə edilmiş ikinci dəqiqədə isə nigeriyalı Viktor Osimhen matçda son nöqtəni qoyub – 0:3.

Beləliklə, “Qalatasaray” doqquz oyundan sonra 25 xalla turnir cədvəlinə başçılıq edir. “Cimbom”un ən yaxın təqibçisi ehtiyatında bir oyun olan “Samsunspor”dur – 18 xal.

“Antalyaspor” isə eyni sayda oyuna cəmi səkkiz xal toplaya bilib.