2026-cı ildə cüdo üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək
26
10:19 - 14 Oktyabr 2024

2026-cı ildə cüdo üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək.
Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən TNS-ə verilən məlumata görə, Beynəlxalq Cüdo Federasiyası və ACF arasında müvafiq razılıq əldə edilib.
Qeyd edək ki, Los Anceles-2028 Yay Olimpiya Oyunları üçün lisenziya yarışlarına Bakıda keçiriləcək dünya çempionatı ilə start veriləcək.