Klub hələ də məşhur futbolçuya olan borcunu ödəməyib
14
16:15 - 12 Oktyabr 2024
“Barselona” klubu hələ də argentinalı hücumçu Lionel Messiyə olan borcunu ödəməyib.
TNS xəbər verir ki, bu barədə “Mundo Deportiv“ məlumat yayıb.
Klub Messi ilə yanaşı, Sergi Buskets və Jordi Albaya da pul ödəməyə davam edir.
"Barselona"nın koronavirus pandemiyası zamanı ödənilməsi gecikən maaş borcu var.
Borcun ümumi məbləği 2020-2021-ci maliyyə ili üçün hesabata daxil edilib.
"Barselona" 2024/25 mövsümünün sonunda keçmiş kapitanı ilə hesablaşacaq.
Qeyd edək ki, Messi 2003-2021-ci illərdə Kataloniya "Barselona"sında çıxış edib.