Close

Dünya çempionatı: Azərbaycanın minifutbol millisi Hindistanı darmadağın edib

Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyanın Malıy Loşin şəhərində təşkil olunan dünya çempionatının qrup mərhələsində növbəti oyununa çıxıb.

TNS xəbər verir ki, yığma bu dəfə Hindistanla üz-üzə gəlib. Görüş komandamızın 16:0 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisi ötən gün Serbiyaya 1:5 hesabı ilə məğlub olmuşdu.

Qeyd edək ki, milli oktyabrın 9-da Çexiya ilə qarşılaşacaq.