Close

Azərbaycan qılıncoynadanı İsveçdə qızıl medal qazandı

Qılıncoynatmanın şpaqa növü üzrə yeniyetmələrdən ibarət Azərbaycan milli komandasının üzvü Vahab Fətullayev İsveçin Örebro şəhərində keçirilən beynəlxalq turnirdə qızıl medal qazanıb.

TNS xəbər verir ki, qrup mərhələsini 5 qələbə ilə başa vuran şpaqaçımız 17 yaşadək oğlanların fərdi mübarizəsində pley-offa yüksəlib. Finala gedən yolda Norveç, Danimarka, Estoniya və İsveçi təmsil edən rəqiblərinə qalib gələn V.Fətullayev həlledici qarşılaşmada Filip Zimmermana (İsveç) 15:10 hesabı ilə qalib gələrək fəxri kürsünün ilk pilləsində yer alıb.

Qeyd edək ki, beynəlxalq turnirdə 10 ölkədən ümumilikdə 100-ə yaxın idmançı mübarizə aparıb.