Close

21:00
06 Oktyabr 2024

"Qarabağ" "Sumqayıt"a qalib gəldi

Bu gün Misli Premyer Liqasında I dövrəyə yekun vurulub.

TNS xəbər verir ki, dövrənin sonuncu oyunu Sumqayıtda “Qarabağ” və "Sumqayıt" komandaları arasında olub. Oyunda 1 qol vurulub. Ağdamlılar minimal hesablı qələbəyə sevinib - 1:0.

Qeyd edək ki, X turun görüşləri milli komandaların oyunları ilə əlaqədar fasilədən sonra – oktyabrın 18-20-də keçiriləcək.

Misli Premyer Liqası

IX tur
6 oktyabr (bazar)
20:00. “Sumqayıt” – “Qarabağ”
Qol: Elvin Cəfərquliyev, 74
"Sumqayıt": 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roy Kehat, 23. Cordan Rezabala, 60. Tresor Mossi, 6. Vüqar Mustafayev, 2. Sərtan Taşkın, 5. Alan Dias, 99. Silvanus Nimeli
Baş məşqçi: Samir Abasov
"Qarabağ": 99. Mateuş Koxalski, 55. Bədavi Hüseynov, 8. Marko Yankoviç, 81. Kevin Medina, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 22. Musa Qurbanlı, 11. Emmanuel Addai, 21. Aleksey Kaşuk
Baş məşqçi: Qurban Qurbanov
Baş hakim: Elçin Məsiyev
M. Hüseynzadə adına Sumqayıt şəhər stadionu