Close

19:54
05 Oktyabr 2024
19:24
05 Oktyabr 2024

3 gimnastımız finalda

Azərbaycanın bədii gimnastları Litvanın Vilnüs şəhərində keçirilən “Dalia Kutkaite Cup” turnirində finala vəsiqə qazanıblar.

TNS xəbər verir ki, böyüklər arasında İlona Zeynalova, yeniyetmələrdə isə Azadə Atakişiyeva və Məryəm Baloğlanova həlledici mərhələyə yüksəliblər.

Qeyd edək ki, oktyabrın 4-də start götürən yarışa bu gün yekun vurulacaq.