Close

“Kəpəz” “Neftçi”yə 4 qol vurdu

Bu gün Azərbaycan Premyer Liqasında 9-cu tura start verilib.

TNS xəbər verir ki, ilk gündə bir oyun baş tutub.

“Kəpəz” Tovuzda “Neftçi” ilə qarşılaşıb. Nominal meydan sahibləri cari mövsümdə ilk xalını, qonaqlar isə ilk qələbəsini qazanmağa çalışıb. Bol qollu oyunda qələbəni məhz xala həsrət “Kəpəz” bayram edib.

“Səbail” – “Şamaxı” və “Sabah” – “Araz-Naxçıvan” oyunları sabah, “Turan Tovuz” – “Zirə” və “Sumqayıt” – “Qarabağ” görüşləri isə bazar gününə təsadüf edəcək.

Azərbaycan Premyer Liqası
9-cu tur
4 oktyabr

“Kəpəz” – “Neftçi” 4:3
Qollar: Orxan Əliyev, 24; 32. Mahamadu Ba, 41. Viktor Braqa, 48 – Ervin Koffi, 4. Ramil Şeydayev, 31. Ağadadaş Salyanski, 90+5.
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əli Əliyev.
Tovuz şəhər stadionu, 17:00.