Close

23:40
30 Sentyabr 2024
22:16
30 Sentyabr 2024
20:30
30 Sentyabr 2024

Almaniyada çıxış edən futbolçu Türkiyə millisini seçib

Almaniyanın "Ştuttqart" klubunun futbolçusu Atakan Karazor milli komanda karyerasındakı seçimini Türkiyə millisindən yana edib.

TNS xəbər verir ki, Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmannla görüşən 27 yaşlı yarımmüdafiəçi "ay-ulduzlu" formanı geyinmək istədiyini bildirib.

O, qardaş ölkə yığmasının baş məşqçisi Vinçentso Montelladan dəvət gözləyir.

Qeyd edək ki, cari mövsüm 8 oyuna çıxan "Ştuttqart"ın kapitanı 1 qol vurub.