Azərbaycan Kubokunun 2024/2025 mövsümündə 34 komanda mübarizə aparacaq
5
15:18 - 30 Sentyabr 2024
Futbol üzrə Azərbaycan Kubokunun 2024/2025 mövsümündə 34 komanda mübarizə aparacaq.
TNS xəbər verir ki, Azərbaycan Premyer Liqası və I Liqanın hərəsindən 10, II Liqanın isə 14 komandası qalib adı uğrunda yarışacaq.
Qeyd edək ki, Azərbaycan Kubokunun final matçı 2025-ci il iyunun 1-də keçiriləcək.