Close

23:40
30 Sentyabr 2024
22:16
30 Sentyabr 2024
20:30
30 Sentyabr 2024

Fransada tennis kompleksinə hücum edilib

Fransanın paytaxtı Parisdə "Rolan Qarros" tennis kompleksinə hücum edilib.

TNS AFP-yə istinadən xəbər verir ki, hücum edənlər kompleksə daxil olub, orada bir neçə ofisin qapısını sındırıblar.

Nəticədə 11 min avro nağd pul və 20 min avro dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Fransa Tennis Federasiyası polisin hazırda oğurluq faktını araşdırdığını açıqlayıb.

Qeyd edək ki, Böyük Dəbilqə turnirlərindən biri olan Fransa Açıq çempionatı hər il "Rolan Qarros"un ərazisində keçirilir.